Lavrovun bu xəyalı sübut edir ki, qan istəyir – Kuleba

Lavrovun bu xəyalı sübut edir ki, qan istəyir – Kuleba

Rusiya xarici işlər naziri Sergey Lavrovun daha çox Ukrayna ərazilərini ələ keçirmək istəyi ilə bağlı bəyanatı Moskvanın danışıqlar deyil, qan istədiyini göstərir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Rusiya xarici işlər nazirinin daha çox Ukrayna torpaqlarını ələ keçirmək xəyalı sübut edir ki, Rusiya diplomatiyanı rədd edir və diqqətini müharibə və terrora yönəldir. Ruslar danışıqlar deyil, qan istəyir. Mən bütün tərəfdaşları Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və prosesi sürətləndirməyə çağırıram”, – Kuleba vurğulayıb.

Qeyd edək ki, daha öncə Lavrov Qərbin Ukraynanı uzaqmənzilli silahlarla təchiz etməyə davam edəcəyi təqdirdə, Rusiya ordusunun coğrafi vəzifəsinin genişlənəcəyini bəyan edib.

Teqlər: