Lavrovdan Mirzoyana: Səfiriniz təlimatsız işləyir? – Video

Lavrovdan Mirzoyana: Səfiriniz təlimatsız işləyir? – Video

Xəbər verdiyimiz kimi, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Makedoniyanın paytaxtı Skopyedə keçirilən toplantısı çərçivəsində Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, görüş zamanı nazirlər arasında maraqlı dialoq yaşanıb.

Lavrov Mirzoyandan görüşdə niyə səfirin olmadığını (Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyan – red.) soruşub. O isə “bildiyim qədəri ilə tələb olunmayıb” cavabını verib.

Lavrov isə Mirzoyanın cavabına “səfiriniz müstəqildir, təlimatsız işləyir?” sualı ilə reaksiya verib.

Teqlər: