Lavrovdan Kiyevə: Moskva buna hazırdır

Lavrovdan Kiyevə: Moskva buna hazırdır

Moskva Kiyevlə məsələlərin daha geniş spektrini müzakirə etməyə hazırdır. Ancaq danışıqlar prosesinin bərpası Rusiyadan asılı deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.

“Bu sazişin (Ukrayna taxılının ixracı) Ukraynadakı vəziyyətin digər aspektləri ilə əlaqələndirilməsinə gəldikdə, bizim daha geniş spektrli məsələlər üzrə danışıqların bərpasına heç bir etirazımız yoxdur, lakin məsələ bizdən asılı deyil”, – Lavrov Qahirədə keçirdiyi mətbuat konfraansında bildirib.

Lavrov qeyd edib ki, Ukrayna Prezidentindən tutmuş onun müşavirlərinə və digər rəsmilərə qədər, hamısı Ukrayna qalib gələnə qədər heç bir danışıqlar olmayacağını vurğulayır:

“Bu ukraynalıları Qərb kuratorları – istər London, istər Vaşinqton, istər Berlin və digər AB və NATO paytaxtları aktiv müdafiə edir.

Ona görə də seçim onlarındır. Ancaq onlar Ukraynadan qələbəyə qədər vuruşmağı nə qədər çox tələb etsələr, biz bilirik ki, necə və kimin üçün hansı aqibət olacaq, həmçinin daha çox insan öləcək; hazırki situasiya nə qədər çox davam etsə, bu, hər şeydən öncə Ukrayna dövləti və xalqının maraqlarına qarşıdır”.

Qeyd edək ki, Lavrov Qahirədə səfərdədir. 24-27 iyulda o, Efiopiya, Uqanda və Konqo Respublikasını ziyarət edəcək.

Teqlər: