Lavrov, Zelenski və Ərdoğanla görüşəcəm – Quterreş

Lavrov, Zelenski və Ərdoğanla görüşəcəm – Quterreş

Gələn həftə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində şəxsi görüşlər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski ilə taxıl sazişinin bərpa edilməsini müzakirə edəcəyəm.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi sentyabrın 19-23-də Nyu Yorkda baş tutacaq.

Teqlər: