Lavrov və Abdullahian nüvə proqramını müzakirə etdi

Lavrov və Abdullahian nüvə proqramını müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian Moskvada keçirilən görüşdə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) icrasının bərpası perspektivlərini və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Nazirlər bir sıra aktual beynəlxalq mövzuları, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası perspektivlərini, həmçinin bəzi regional, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər”- deyə bildirilib

Teqlər: