Lavrov Sisi ilə görüşdü, Putinin məktubunu verdi

Lavrov Sisi ilə görüşdü, Putinin məktubunu verdi

Misir Prezidenti Əbdülfəttah Sisi Qahirədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AzerTimes xəbər verir ki, görüşdə taxıl tədarükü ilə bağlı yaranmış gərgin vəziyyət əsas müzakirə mövzularından biri olub. S.Lavrov səfərdən əvvəl verdiyi bəyanatda Rusiyanın qlobal ərzaq böhranına səbəb olması barədə iddiaları təkzib edib.

Rusiya Prezidenti Vladimir Putinin məktubunu Misirin dövlət başçısına təqdim edən S.Lavrov Ukraynada hərbi əməliyyatların gedişi, taxılın Qara dəniz vasitəsilə daşınması üzrə son vəziyyət barədə məlumat verib. O, həmçinin Qərbin sanksiyalarına qoşulmadığına görə Afrika və ərəb ölkələrinə təşəkkürünü bildirib.

Sisi diqqətə çatdırıb ki, Rusiya-Ukrayna böhranının həlli məqsədilə rəsmi Qahirənin təşəbbüsü əsasında Əlaqələndirmə Qrupu yaradılıb.

Teqlər: