Dərbənddə kütləvi dava: 3 yaralıdan biri öldü

Dərbənddə kütləvi dava: 3 yaralıdan biri öldü

Dərbənddə yeniyetmələr arasında baş verən kütləvi dava nəticəsində xəstəxanaya yerləşdirilən 3 nəfərdən biri ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Dağıstan DİN məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə 21 iyul saat 22:30-da Dalqata küçəsində 17 yaşlı yeniyetmələr arasında baş verib.

“Polis müəyyən edib ki, davadan bir neçə gün öncə 17 yaşları olan iki yeniyetmə arasında konflikt yaranıb. Hər iki tərəf “danışıqlar üçün” öz dostları ilə görüş yerinə gəlib və orda dava düşüb”, – məlumatda qeyd edilib.

3 nəfəri bıçaqlamaqda şübhəli bilinənlərdən biri tutulub, digərinin axtarışları aparılır.

Hadisə ilə bağlı “qətl” maddəsi ilə cinayət işi açılıb.

Teqlər: