Dövlət başçılarının Qəzzadakı münaqişəyə qiymət vermək hüququ var.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın İsrailin Qəzzadakı əməliyyatları ilə bağlı müqayisəsini şərh edərkən deyib.
Qeyd edək ki, Braziliya Prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib. Buna cavab olaraq İsrail onu “persona non qrata” elan edib.