Lavrov: Azərbaycanla Ermənistan arasında sərhəd…

Lavrov: Azərbaycanla Ermənistan arasında sərhəd…

Almatı bəyannaməsi açıq sənəddir, orada deyilir ki, Sovet İttifaqının ərazisində yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ daxilində mövcud olan inzibati sərhədlərlə müəyyən ediləcək.

AzerTimes xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hətta bilmirəm ora nə əlavə etmək olar”, – o bildirib.

Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri sənəd (Praqa bəyanatı – red.) imzalayıblar, bu sənəddə digər məsələlərlə yanaşı, Almatı bəyannaməsinə istinad da var.

Azərbaycanın Ermənistana qarşı Haaqa Məhkəməsində qaldırdığı iddiaya münasibət bildirən Rusiya XİN rəhbəri deyib ki, bu, Bakı və İrəvan arasında ikitərəfli məsələdir.

Teqlər: