Latviyada təyyarə eniş zolağından çıxıb – Hava limanı bağlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Latviyanın paytaxtı Riqada hava limanında sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb.

Trend-in məlumatına görə, İsveçin paytaxtı Stokholmdan Riqaya uçan təyyarə eniş etdikdən sonra pis hava şəraiti ilə əlaqədar zolaqdan çıxıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Təyyarədən sərnişinlər və heyət üzvləri təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Qeyd olunur ki, hazırda Riqa hava limanına gələn reyslər digər aeroportlara yönləndirilir. Riqadan planlaşdırılan uçuşlar isə təxirə salınır.