Xəbər - Nərgiz Sadıxova – Trend:
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.
Bunu AzerTimes-a Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.
O bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq azərbaycanlı tələbələrin Latviyanın ali tədris müəssisələrində təhsilə marağı artmaqda davam edib:
“2020/21-ci tədris ilində Latviyada 169 azərbaycanlı tələbə təhsil alır. 2019/20-ci ildə bu rəqəm 169-a, 2018/19-cu ildə 144-ə bərabər idi”.
2020/21-ci tədris ilində Latviya Azərbaycandan tələbə və tədqiqatçılara tədris üçün 9, beynəlxalq yay məktəblərində iştirak üçün 8 təqaüd təqdim edib:
“Latviya Azərbaycanla əməkdaşlığın inkişafında, xüsusilə də ali təhsil və tədqiqatlar sahəsində, o cümlədən tələbə və akademik heyətin, informasiya və təcrübə mübadiləsi, birgə layihələrin inkişafı üzrə əməkdaşlıqda maraqlıdır”
(Tərcümə: Orxan Nəbiyev)