Latviyanın Rusiyadakı səfiri Maris Riekstins Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Noyabrın 10-da Latviyanın Moskvadakı səfiri Maris Riekstins Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Latviyada sovet abidələrinin sökülməsi ilə bağlı davam edən vandalizm siyasəti ilə əlaqədar Latviya diplomatik missiyasının rəhbərinə kəskin etiraz edilib”, – məlumatda qeyd olunub.