Bu yol 6 ay əvvəl təmir olunub: nişanlanma yoxdur – Foto

Bu yol 6 ay əvvəl təmir olunub: nişanlanma yoxdur – Foto

Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində heç bir nişanlanma işləri aparılmayıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, küçənin təmirindən altı ay ötsə də, asfalt üzərində heç bir nişanlanma işləri aparılmayıb.

Qeyd edək ki, təmirdən əvvəl yol pis vəziyyətdə olsa da, nişanlanma xətləri olub.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın bir-iki gün ərzində küçədə nişanlanma işləri aparılacaq.

Teqlər: