İtaliyanın “Lamborghini” avtomobil istehsalçısının rəhbəri Stefan Vinkelmann “Car” jurnalına müsahibəsində 2022-ci ildə avtomobilin dörd yeni modelinin premyerasını təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, avtmobil markası yenilənmiş “Urus” krossoverini bəzi iki versiyada, həmçinin “Huracan” idman avtomobilinin iki modifikasiyasını nümayiş etdirəcək.
Çox güman ki, 2019-cu ildə konsept-kar kimi təqdim edilən “yolsuzluq” Huracan Sterrato-nun seriyalı versiyası, həmçinin Huracan STO-nun modifikasiyası şatışa çıxarılacaq. Və yeni idman avtomobilinin premyerası 2023-cü ilə planlaşdırılır.
Aventador-un varisi olacaq model yeni V12 mühərriki əsasında hibrid güc qurğusuna malik olacaq.