Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib

İtaliyanın keçmiş baş naziri, dövlət başçısı postuna namizəd olan Silvio Berluskoni namizədliyini geri götürmək qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə keçmiş baş nazirin açıqlamasında deyilib.

A.Berluskoni bildirib ki, onun qərarı kollektiv maraqları öz maraqlarından üstün tutması ilə bağlıdır:

“İtaliyanın bu gün birliyə ehtiyacı var, ciddi sanitar böhrana qarşı ümumi mübarizə naminə “əksəriyyət – müxalifət” anlayışını aradan qaldırmağa [lazımdır]. Yüksək məsuliyyəti dərk edərək, [namizədliyimi] təklif edən hər kəsdən adımı qeyd etməməyi xahiş edirəm”.

S.Berluskoni hökumətin qarşısında duran mühüm vəzifələrə diqqət yetirib:

“Ona görə də hesab edirəm ki, Mario Draqi hökuməti lazımi islahatları davam etdirmək üçün parlamentin bu çağırışının müddətinin sonuna qədər işləməlidir”.