Laçınlı ailələrə evlərinin açarları təqdim edildi – Foto

Laçınlı ailələrə evlərinin açarları təqdim edildi – Foto

Xəbər verdiyimiz kimi, yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı ilə Laçına qayıdan 22 ailəyə evlərinin açarları təqdim olunub.

AzerTimes xəbər verir ki, 72 nəfər olmaqla daha 22 ailə doğma evində məskunlaşıb. Açarlar Laçında “Bakı Abadlıq Xidməti”ndə sahiblərinə təqdim olunub. Laçın şəhərinə qayıdan sakinlər evlərinə sevinc göz yaşları ilə daxil olublar. Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb. Evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun olaraq bərpa edilib.

Qeyd edək ki, Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Teqlər: