Xəbər - Samir Əli – Trend:
Laçının mərkəzin yan keçməklə tikilən avtomobil yolu iyula qədər
istifadəyə veriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyob.
“Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Uzunluğu 28 km olan
yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də
tikilib. Yol iyul ayına qədər istifadəyə veriləcək”, – deyə
Agentlik sədri bildirib.