“Laçın”dan yeni video BQXK haqda yalanı puç etdi

“Laçın”dan yeni video BQXK haqda yalanı puç etdi

Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları məlumatın yalan olduğu bir daha təsdiqlənib.

AzerTimes xəbər verir ki, “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin görüntüləri yayılıb.

Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.

Teqlər: