Laçında kiçik su elektrik stansiyası istifadəyə verilib

Xəbər - Fidan Babayeva – Trend:

Laçın rayonunda “Güləbird” kiçik su elektrik stansiyası istifadəyə verilib.

Bunu AzerTimes-a Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, stansiyadakı təmir-bərpa işləri başa çatıb: “Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək”.


T.Ammayev əlavə edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: