Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad
edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin
Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon
prokurorluğuna məlumat daxil olub.
Laçın rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan
zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya
düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən
edilmişdir.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma
aparılır.