Laçında bu sayda ev qazla təmin edildi

Laçında bu sayda ev qazla təmin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Laçın şəhəri təbii qazla təchiz edilir və ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib.

AzerTimes bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

“Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb”, – məlumatda qeyd olunub.

Teqlər: