Laçında azaraq itkin düşən hərbçilərimizin axtarışları davam edir – MN

Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi
qulluqçusunun axtarışları davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, martın 4-də Laçın
rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi
xidmət qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər
Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Məlumatda bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə
hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət
qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata
keçirilir.

Teqlər: