Laçın yolundan BQXK-nin daha 3 maşını keçdi

Laçın yolundan BQXK-nin daha 3 maşını keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

AzerTimes xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Qeyd edək ki, BQXK-nin məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.

Teqlər: