Laçın yolunda sülhməramlıların hərəkətinə şərait yaradıldı

Laçın yolunda sülhməramlıların hərəkətinə şərait yaradıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus 14 ədəd təminat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda aksiya davam edir.

Bununla da gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlılarına məxsus ümumilikdə maneəsiz hərəkət edən avtomobillərin sayı 25-ə çatıb.

Teqlər: