Laçın yolunda qəza: yaralanan var

Laçın yolunda qəza: yaralanan var

İyunun 15-də Laçın-Güləbird yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, qəza saat 22:00 radələrində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili sürüşərək yolun kənarında dayanan “VAZ-2107” markalı nəqliyyat vasitəsini əzib.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Araşdırma aparılır.

Teqlər: