Laçın hava limanından son görüntülər – Video

Laçın hava limanından son görüntülər – Video

Laçın Beynəlxalq Hava Limanında tikinti işləri davam edir.

AzerTimes xəbər verir ki, bununla bağlı videoçarx yayılıb.

Qeyd edək ki, Qorçu kəndinin ərazisində inşa edilən hava limanında saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hava limanında tikinti işləri 2024-cü ildə başa çatdırılacaq.

Teqlər: