Şimali Koreya oktyabrın 19-da sualtı qayıqdan yeni tipli ballistik raket buraxdığını təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Xalq Demokratik Respublikasının rəsmi KİV-lərinə istinadən xəbər verib.
Bildirilir ki, sualtı qayıqlar üçün nəzərdə tutulan yeni ballistik raket ölkənin müdafiə texnologiyasında daha da irəli aparacaq: “Donanmamız sualtı əməliyyatlar üçün əlavə imkanlar əldə edəcək”.
Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildəki səkkizinci raket sınağıdır.