Koreya Xalq Demokratik Respublikası (KXDR) öz nüvə arsenalını
daha da genişləndirmək və inkişaf etdirmək üçün tədbirlər
görəcəkdir.
Trend “Yonhap”
agentliyinə istinadla xəbər verir ki, bu barədə Şimali Koreya
lideri Kim Çen In bazar ertəsi Ordunun yaradılmasının 90 illiyi
münasibətilə keçirilən hərbi parad zamanı deyib.
Qeyd olunur ki, Pxenyan həmçinin KXDR liderinin göstərişi ilə
istənilən vaxt nüvə silahları üzrə əks-təsir proqramından istifadə
üçün hərtərəfli hazırlıq görəcək.