Küveytin iri neft yatağında yanğın olub – Xəsarət alanlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Küveytin cənubunda yerləşən Böyük Burqan iri neft yatağında yanğın olub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.

Küveyt dövlət neft şirkəti yanğının qarşısının alındığını deyib. Hadisənin hasilat prosesinə zərər vurmadığı deyilir.

Qeyd edək ki, Böyük Burqan yatağında dünya neft ehtiyatlarının 5 faizinin cəmləşdiyi deyilir. Yataq Küveytin təsdiq olunmuş neft ehtiyatlarının 75 faizini təşkil edir.