Küveyt hava limanı qum qasırğasına görə bağlanıb

Küveytdə şiddətli qum qasırğası ilə əlaqədar paytaxtın
beynəlxalq hava limanı işini dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi
bildirib.

Qeyd olunur ki, hava limanının işi görüntü səviyyəsi yaxşılaşan
kimi bərpa olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl qum qasırğası ilə əlaqədar
İraqın beş hava limanı işini dayandırmışdı.

Bağdad və Ərbil hava limanları işini bərpa etsə də,
Süleymaniyyə, Kərbəla və Nəcəf aeroportları bağlı qalır. Bu gün,
həmçinin İraq ərazisində qeyri-iş günü elan edilib.