Kütləvi raket zərbələri: Gəmilər və təyyarələr hərəkətə gətirilir

Kütləvi raket zərbələri: Gəmilər və təyyarələr hərəkətə gətirilir

Rusiya yeni kütləvi raket zərbələri hazırlayır, təcavüzkar ölkə gəmilərini Qara dənizə çəkir, döyüş təyyarələri isə Həştərxanda havaya qalxmağa hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim ukraynalılara təhlükə barədə xəbərdarlığında bildirib.

“Gəmilər yenidən Qara dənizə daxil olurlar, yəni bu “Kalibr”ləri yenidən doldurublar və Həştərxandan qalxmağa hazırlaşırlar. Hipotetik olaraq daha çox zərbələr ola bilər. Ona görə də hava hücumu siqnallarına diqqət yetirin, təhlükəsizliyinizi diqqətdən kənarda qoymayın”, – V.Kim qeyd edib.

Teqlər: