Naməlum şəxslər Kursk vilayətində dəmir yolunu partladıblar.
AzerTimes xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, relslərin partladılması avqustun 24-də səhər saatlarında dəmiryol işçisi tərəfindən aşkar edilib.
Bildirilib ki, dəmiryol xətti kustar üsulla düzəldilmiş 400 qram çəkisində olan partlayıcı maddə ilə partladılıb.
Partlayışın baş verdiyi sahədə qatarların hərəkəti dayandırılmayıb.