Kuril adaları yaxınlığında 4,5 bala qədər dörd zəlzələ baş verib

Seysmoloqlar Kuril (Saxalin Bölgəsi) yaxınlığında Sakit Okeanda 4,5 bala qədər dörd zəlzələ qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Birləşmiş Geofizika Xidmətinin Saxalin şöbəsindən bidiriblər.

“2,3 ilə 4,5 bal gücündə zəlzələlər əsasən Kurilin cənub qrupu yaxınlığında qeydə alınıb. Ocaqların dərinliyi 98 kilometrə qədərdir” dedi.


Seysmoloqların sözlərinə görə, yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.