Kürdəmirdə yanğının evə keçməsinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Kürdəmir rayonu, Yenikənd kəndində yanğın baş verməsi barədə
məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus
fərdi yaşayış evinə bilavasitə bitişik çəpər və kol-kos sahədə baş
verdiyi və hər an evə keçmək riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti
sayəsində yanğının bitişik evə və təsərrüfat tikilisinə keçməsinin
qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahədə təxminən 40
p.m çəpər və 50 kv.m sahədə kol-kos yanıb.

Bitişik ev və təsərrüfat tikilisi yanğından mühafizə olunub.

Teqlər: