Kürdəmirdə toqquşan avtomobillərdən biri yanıb

Kürdəmir rayonunun Atakişili kəndində “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın nəticəsində bir minik avtomobilinin yanar hissələri yanıb.


Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: