Kürdəmirdə “patı” satan şəxs saxlanıldı

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən
məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul
olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ümüd
Bəşirov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərindən satış məqsədi
qablaşdırılmış psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq
maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi
açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: