Kürdəmirdə evdə qaz balonu partlası: xəsarət alanlar var

Kürdəmirdə evdə qaz balonu partlası: xəsarət alanlar var

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

AzerTimes xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri – Vüsal Hətəmxan oğlu Zərbalıyev və Şəbnəm Xidmət qızı Zərbalıyeva yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Fakt araşdırılır.

Teqlər: