Kürdəmirdə DYP reyd keçirdi, 12 nəfər cərimələndi (FOTO)

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin
əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin
edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam
etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, bu cür tədbirlərin
keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində
olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını
almaqdır.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan
reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə
çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq
sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac
qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən
sonra istismarına yol verməlidirlər.

Keçirilən tədbirlər zamanı ixrac qazları normadan artıq olan 12
nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati qaydada tədbirlər
görülüb.

Teqlər: