Kürdəmirdə avtomobil yoldan çıxaraq aşdı – Foto

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşdı – Foto

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

AzerTimes xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, BMV markalı avtomobilin sürücüsü Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Rəşad Əhmədzadə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Teqlər: