Kürdəmirdə ağır qəza olub, ər-arvad ölüb

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq
kəndi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Qafarov idarə
etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurub.

Hadisə nəticəsində sürücü və sərnişini olan həyat yoldaşı Afət
Qafarova hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən
araşdırma aparılır

Teqlər: