Kürdəmir sakinindən heroin və tiryək götürülüb

Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə psixotrop maddə olan metamfetamin, heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Teqlər: