“Kürd” ləqəbli avtoritetə hökm oxundu

“Kürd” ləqəbli avtoritetə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilən Fuad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Məmmədxanov 3 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, F. Məmmədxanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Onun üzərindən tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, kriminal aləmlə əlaqəli olduğu deyilən F. Məmmədxanov “Kürd” ləqəbi ilə tanınırmış.

Teqlər: