Kür çayında suyun səviyyəsi artıb – AÇIQLAMA

Son günlər Kür çayında suyun səviyyəsi artıb.

Bunu Trend
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, aprel ayının sonu, may ayının əvvəli yağan
yağıntılarla əlaqədar çaylarda, o cümlədən, Kür çayında sululuq
artıb.

“Kür çayının ölkəmizə daxil olan hissəsində artım müşahidə
olunur. Son dörd gündə suyun səviyyəsində 26 sm artım olub. Bundan
başqa, Kür çayına dolayı yolla tökülən Göyçay, Girdiman,
Türyançayda da suyun səviyyəsi xeyli artıb.

Kür çayının aşağı axınında suyun səviyyəsi xeyli yüksələrək
Yevlax məntəqəsində 20 sm, Zərdabda 56 sm, Surrada 25 sm, Şirvanda
8 sm, Salyanda 30 sm-dən çox olub. Bundan başqa, Kürün yuxarı
hissəsində sululuğun artması yaxın günlərdə aşağı hissədə çayın
səviyyəsinin artması, gözlənilən yağışların yağması Kürdə suyun
daha çox artmasına səbəb olacaq”, – mərkəz direktoru deyib.

Teqlər: