Kür çayında batan uşağın axtarışları aparılır

Kür çayında batan uşağın axtarışları aparılır

Kür çayında batan uşağın axtarışları aparılır.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Teqlər: