Kür çayında acınacaqlı durum… – Foto

Kür çayında acınacaqlı durum… – Foto

Kür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib.

Sabirabad rayonu sakini Xanoğlan Əsgərov bildirir ki, vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb:

Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”.

Teqlər: