Kür çayı yaxınlığında ağır qəza: yaralılar var

Kür çayı yaxınlığında ağır qəza: yaralılar var

Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında “Mersedes” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Azadkənd kənd sakini, 1955-ci il təvəllüdlü Vaqif İsa oğlu Süleymanov və daha bir nəfər xəsarət alıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər xəsarəti yüngül olduğundan, ilk tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. V.Süleymanov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: