Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, bu barədə Ərdahandan olan millət vəkili Orhan Atalayın açıqlamasına görə, Beşikkaya bəndinin ilk bloku 2023-cü il investisiya proqramına daxil edilib.
Məlumata görə, layihənin həyata keçirilməsinə 5 milyard TL sərf olunub.
“Ərdahandakı Kür çayı qarşısına SES qoyularaq Qara dənizə töküləcək. Lakin çay indi sərhədi keçərək Xəzər dənizinə tökülür”, – məlumatda bildirilib.
Türkiyə və Gürcüstan ərazilərindən keçən Kür çayının böyük bir hissəsi Azərbaycanda yerləşir. Qeyd edək ki, son günlərdə Kür çayı demək olar tamamilə quruyub.