Kupman Ağdama səfər etdi

Kupman Ağdama səfər etdi

Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Kupman “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün mən yerli minatəmizləmə ehtiyaclarını daha yaxşı öyrənmək üçün Azərbaycanın Ağdam şəhərində oldum. Avropa İttifaqının dəstəyinin cəmiyyətin həyatını necə dəyişdiyini görməkdən şadam”, – paylaşımda qeyd edilib.

Teqlər: