Külli miqdarda pul mənimsəyərək həbs olunan şəxs YAP üzvüdür?

Külli miqdarda pul mənimsəyərək həbs olunan şəxs YAP üzvüdür?

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü deyil.

Bu barədə AzerTimes-a partiyadan məlumat verilib.

Bildirilib ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur.

“YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə halların yolverilməzliyini nəzərə alaraq diqqətli olmağı xahiş edirik”, – məlumatda qeyd edilib.

Teqlər: