Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Paytaxtda müşahidə olunan güclü şimal-qərb küləyinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

“Noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək, – deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, ötən gündən etibarən ölkə ərazisində hava şəraiti dəyişib. Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Twitter: @cingizsafarli

Teqlər: